Çin liderinin virusla bağlı səsyazısı ölkədə rezonans doğurub
17.02.2020 08:40 Dünya

Çin liderinin virusla bağlı səsyazısı ölkədə rezonans doğurub

“MediaPost”un xəbərinə görə, Çin dövlət mediasında yayılan səs yazısında Çin Xalq Respublikasının Prezidenti Si Tsinpinin yanvarın 7-də virusla mübarizə aparılması üçün tapşırıq verdiyi öz əksini tapıb:

“22 yanvarda epidemiyanın sürətlə yayılmasından dolayı bunun qarşısının alınması barədə əmr verdim. Ortaya çıxacaq çətinliklərin olacağı halda Hubey əyalətinə giriş və çıxışlarda ciddi yoxlanışların aparılmasını tapşırdım”, - prezident söyləyib.

Məlumata görə, yayılan xəbərlər nəticəsində hökumətin potensial virus təhlükəsindən daha əvvəl xəbərdar olmasına baxmayaraq yanvar ayının sonunda ictimaiyyətə məlumat verməsi böyük rezonans doğurub.

Çin xalqı yayılan səsyazmadan sonra rəhbərliyin koronavirusla mübarizə aparmaqla bağlı açıqlamalarının "gözdən pərdə asmaq" olduğunu bildiriblər.

Xəbərlər departamenti

Gündəm