Çin şirkəti: 24589 nəfər koronadan ölüb
06.02.2020 13:37 Dünya

Çin şirkəti: 24589 nəfər koronadan ölüb

“Mediapost”un xəbərinə görə, şirkət daha sonra bu paylaşımı silərək rəqəmlərdə dəyişiklik edib.

Şirkətin açıqladığı rəqəmin rəsmi qurumların açıqladığı ölü sayından 80 dəfə çox olduğu üzə çıxıb.

“Tencent”in yol verdiyi növbəti yanlışlıq koronavirusa yoluxanların sayı ilə bağlı olub. Şirkətin yaydığı rəqəm 154000 nəfər göstərilsə də, statistikanın rəsmi rəqəmlərdən 10 dəfə çox olduğu bəlli olub.

Çin şirkətindən açıqlama: 24589 nəfər koronadan ölüb

Şirkət həmçinin koronavirusa yoluxması ehtimal edilən şəxslərin sayının 79808 nəfər kimi təqdim edib. Bu isə rəsmi rəqəmlərdən 4 dəfə çoxdur.

Xatırladaq ki, yetkililərin açıqladığı rəqəmlərə görə, bu vaxta qədər koronavirusdan ölənlərin sayı 564-ü, bu virusa yoluxanların sayı isə 28018-i keçib.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm