Çin xarici sərmayələrin ölkə bazarına çıxışını asanlaşdırmağa davam edəcək
05.11.2019 08:01 İqtisadiyyat

Çin xarici sərmayələrin ölkə bazarına çıxışını asanlaşdırmağa davam edəcək

"Çin xarici şirkətlərin ölkədə işləmələri üçün əlverişli şərait yaratmaq məqsədi ilə xarici sərmayələrin yerli bazara çıxışını bundan sonra da asanlaşdıracaq, bazar qaydalarına və qanunlara uyğun şəkildə ölkədəki biznes mühitini yaxşılaşdıracaq, xarici şirkətlərin neqativ siyahısını azaldacaq, sərmayələri stimullaşdıracaq və əqli mülkiyyət hüquqlarının qorunmasını yaxşılaşdıracaq".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Tszinpin II Çin Beynəlxalq İdxal Malları Sərgisinin (CIIE) açılışında deyib.

Onun sözlərinə görə, Çin xarici mal və xidmətlərin idxalını fəal şəkildə artırmaqla yanaşı, rüsumları və müxtəlif xərcləri yenə azaldacaq.

Qeyd edək ki, bu gün Şanxayda işinə başlayan II Çin Beynəlxalq İdxal Malları Sərgisi (CIIE) noyabrın 10-dək davam edəcək. Çin işgüzar dairələrin, müxtəlif təşkilatların nümayəndələrini, rəsmiləri və dünyanın 170 ölkəsindən və regionundan 3 mindən çox şirkəti sərgidə və onunla əlaqədar tədbirlərdə iştirak etməyə dəvət edib. Eyni zamanda, Çin də daxil olmaqla 64 ölkə EXPO-da milli pavilyonlarla çıxış edəcək.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm