Çin yoxsulluğu aradan qaldırmaqla bağlı təcrübəsini bölüşməyə hazırdır
23.11.2019 12:35

Çin yoxsulluğu aradan qaldırmaqla bağlı təcrübəsini bölüşməyə hazırdır

Çin hökuməti dövlət proqramına uyğun olaraq 2020-ci ildə ölkədəki yoxsulluğa son qoyacaq və bununla bağlı təcrübəsini başqa ölkələrlə də bölüşməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Naqoya şəhərində keçirilən G20 ölkələri Xarici İşlər nazirlərinin görüşü zamanı Çin Xarici İşlər naziri və Dövlət kansleri Vanq Yi bilidirb.

Bu məsələnin həllində dayanıqlı inkişafın açar rolunu qeyd edən çinli nazir son 40 ildə 850 milyon insanı yoxsulluq girdabından xilas etdiklərini vurğulayıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm