Çində 100-dən çox rus pilot işdən çıxarılacaq
08.02.2020 17:31 Dünya

Çində 100-dən çox rus pilot işdən çıxarılacaq

Bu barədə məlumatı "MediaPost" "Oxu.az"-a istinadən verir.

Xəbərdə bildirilib ki, “Hainan Airlines” yüz, “China Southern Airlines” isə on nəfər rusiyalı pilotu işdən çıxarmağı planlaşdırır.

Eyni zamanda aviaşirkətlərin digər ölkələrin pilotlarını da işdən çıxaracağı qeyd edilib.

Bu vəziyyətin “Boeing 737 Max”ların nüfuzunun aşağı düşməsi ilə əlaqədar olduğu ehtimal edilir.

“Hainan Airlines” bu modeldən olan 11, “China Southern Airlines” isə 24 təyyarənin uçuşlarını qadağan edib.

Xəbərlər departamenti

Gündəm