Çində avtomobil zavodları yenidən işə başlayır
24.02.2020 06:49 İqtisadiyyat

Çində avtomobil zavodları yenidən işə başlayır

“MediaPost” xəbər verir ki, buna rəğmən NHK kanalının məlumatına görə, şirkətin Çindəki müəssisələri istehsalda əziyyət çəkirlər. Səbəb isə istehsal “zəncir”inin qırılmasıdır.

Qeyd edək ki, işini yenicə bərpa edən zavod Çinin Siçuan vilayətində yerləşir. Kompaniyanın işlərinin dayandırması ölkədə sürətlə yayılan koronavirus epidemiyası ilə bağlı olub.

Şirkətin Çançun, Quançjou, Tyançzin şəhərlərindəki digər 3 zavodu da bir müddət əvvəl işlərini bərpa ediblər.

“Toyota Motor” Çindəki müəssisələrinin işini hələ fevral ayının əvvəlində bərpa etmək istəyirdi. Belə ki, şirkət ölkədə Yeni İl bayramının bitməsi ilə işə başlanılmasını planlaşdırırdı. Lakin sonradan bu tarix 10 fevrala qədər təxirə salınıb. Epidemiyanın yayılması şirkətin işə başlama vaxtını bir qədər də uzadıb.

Xatırladaq ki, bir müddət əvvəl Çindəki digər avtomobil istehsalçıları “Nissan Motor”, “Honda Motor” və “Mazda Motor” da fəaliyyətlərini bərpa ediblər.

Xəbərlər departamenti

Gündəm