Çində dəhşətli mənzərə: Küçədə virusa yoluxan insanlar huşunu itirir - VİDEO
24.01.2020 10:14 Cəmiyyət

Çində dəhşətli mənzərə: Küçədə virusa yoluxan insanlar huşunu itirir - VİDEO

Çinin Vuhan əyalətində ötən həftə ortaya çıxan koronavirus epidemiyası səbəbindən ölənlərin sayı 26-a çatıb. Virusa yoluxanların sayının 830 nəfərin olduğu bildirilir. Epidemiyaya yoluxanlardan 117 nəfərin isə vəziyyətinin ağır olduğu açıqlanıb.

Ölkə sakinlərinin lentə aldığı videoda Çindəki vəziyyətin kritik olduğu əks olunur.


Bax: Koronavirusun ilkin əlamətləri necədir? - AÇIQLAMA


"MediaPost" xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi də həyəcan təbili çalmağa bağlayıb. Belə ki, Nazirlikdən əhalliyə xəbərdarlıq olunub:

“Çindəki koronavirus səbəbilə dünən toplanan Elmi Komitə, Çindən gələn bütün uçuşlar üçün yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görməyə başlanılıb. Həmçinin sərnişinlərin əlaqə məlumatlarının toplanması və xüsusi nəzarət nöqtələrinə dərhal informasiya ötürülməsi qərara alınıb”.

Nazirlikdən verilən açıqlamada o da bildirilib ki, Çin hökumətinin bölgəni nəzarətə götürdükdən sonra Vuhan - İstanbul səfərləri dayandırılıb. Eyni zamanda Çindən gələn bütün sərnişinlərin termal kameralarla yoxlanılmasına başlanılıb.


Hastaneler ölümcül virüs vakasıyla doldu taştı....

Xəbərlər departamenti

Gündəm