Çində fabrikdə partlayış olub
09.11.2020 14:28 Dünya

Çində fabrikdə partlayış olub

Çində kimyəvi maddə istehsal edilən fabrikdə güclü partlayış baş verib.

"MediaPost" xəbər verir ki, hadisə Zejiang əyalətinə bağlı Quzhou bölgəsində qeydə alınıb. Bildirilib ki, hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Partlayışın hansı səbəbdən dolayı baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Anara Mikail

Gündəm