Çində ilk koronavirusa yoluxanlara baxan həkimdən açıqlama
20.04.2020 12:12 Dünya

Çində ilk koronavirusa yoluxanlara baxan həkimdən açıqlama

"MediaPost" xəbər verir ki, çinli həkim virusun ilk günlərdə nə qədər yoluxucu olduğunu müəyyən edə biləmədiyini bildirib.

"27 dekabrda Yoluxucu Xəstəliklər Mərkəzindən xəstəxanamıza gəlib nümunələr götürdülər. Biz ilk öncə təxmin edə bilmədik ki, virus pandemiya səviyyəsinə qalxa bilər. Bizi insanları vaxtında məlumatlandırmadığımız üçün qınayırlar. Lakin bütün mütəxəssislər bilir ki, belə bir şeyi mətbuatla bölüşmək üçün müəyyən tibbi bir müddət lazımdır. Yəni biz özümüz hələ nə olduğunu tam anlaya bilmirdik. İnsanları da qorxudan açıqlama verə bilməzdik".

Çin'de ilk koronavirüs hastalarına bakan doktordan itiraf gibi sözler: Bu kadar bulaşıcı olacağı aklımıza gelmemişti

Həkim həmçinin ilk virusa yoluxanları necə müalicə etdikləri barədə də məlumat verib:

"Xəstələrin yüksək hərarəti olurdu və günlərlə düşmürdü. Yatarkən 3 gün döş qəfəslərində ağrı, hər iki ağciyərlərində xırıltı olurdu. Onlara antiviral və antibiotik müalicə təyin edirdik".

Xəbərlər departamenti

Gündəm