Çində koronavirusa görə 6 günə fabrik inşa ediləcək
17.02.2020 15:13 Dünya

Çində koronavirusa görə 6 günə fabrik inşa ediləcək

Çində 6 gün ərzində tibbi maska istehsal edəcək fabrik inşa edilməsi planlaşdırılır.

“MediaPost” xəbər verir ki, fabrik “China Construction First Group” şirkəti tərəfindən Pekində tikiləcək.

Tikintidə iştirak edəcək işçilərin hər gün bədən tempraturları ölçüləcək. Hesablamalara görə, fabrikdə gün ərzində 250 min maska istehsal olunacaq.

Xatırladaq ki, “COVID-2019” adlanan virus tərəfindən insanlarda pnevmaniya yaradan xəstəlik ilk dəfə Çinin Uhan əyalətində 2019-cu ilin sonunda qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı qeyd olunan epidemiyanı beynəlxalq səviyyədə təhlükəli olan xəstəlik kimi qeydə alıb.

Bu xəstəliyə Çindən kənarda 25 ölkədə insanların yoluxduğu bildirlir.

Ötən gün Çin hökuməti ölkədə 70 min 500 nəfərin epidemiyaya yoluxduğunu və 1770 nəfərin epidemiyadan öldüyünü, 10 min 800 insanın isə müailəcə olunduğunu bəyan edib.

Xəbərlər departamenti

Gündəm