Çində koronavirusdan ölənlərin sayına daha 1290 nəfər əlavə olunub
17.04.2020 07:35 Dünya

Çində koronavirusdan ölənlərin sayına daha 1290 nəfər əlavə olunub

"MediaPost" xəbər verir ki, bu barədə Sinxua xəbər agentliyi məlumat yayıb. Məlumatda evdə ölən xəstələrin qeydiyyata alınmadığı, işinin öhdəsindən gələ bilməyən səhiyyə işçiləri ucbatından əskik və yanlış sənədləşmələrin aparıldığı və qurumlararası koordinasiya probleminin rəqəmlərin fərqli olmasına gətirib çıxardığı qeyd olunub.

Bildirilib ki, 1290 nəfərin adının siyahıya əlavə olunmasından sonra bu şəhərdə koronavirusdan ölənlərin sayı 3869-a çatıb.

Xatırladaq ki, bundan əvvəl açıqlanmış rəsmi rəqəmlərdə Çində koronavirusdan ölənlərin sayı 3342 nəfər idisə, indi bu rəqəm 4632 təşkil edir. Onu da qeyd edək ki, Çində ümumilikdə 82 692 nəfər koronavirusa yoluxub.

Xəbərlər departamenti

Gündəm