Çində məhkumun günahsız olduğu 27 il sonra məlum oldu - <span>FOTOLAR</span>
06.08.2020 15:48 Gündəm Dünya

Çində məhkumun günahsız olduğu 27 il sonra məlum oldu - FOTOLAR

Çində 2 uşağı öldürməkdə ittiham olunaraq həbs edilən Zanq Yuhuan adlı şəxsin 26 il sonra günahsız olduğu ortaya çıxıb.

“MediaPost” xəbər verir ki, hadisə Cianqşi əyalətində baş verib. Belə ki, Cianqşi Xalq Ali Məhkəməsi dəlil yetərsizliyi səbəbi ilə 1993-cü ildə həbs olunan 53 yaşlı Yuhuanın günahsız olduğuna qərar verib. 

Verilən məlumata görə, itkin düşdükdən sonra cəsədləri Nançanq bölgəsində tapılan 2 uşağı öldürməkdə günahlandırılan Zanq 1995-ci ildə Nançanq məhkəməsində 2 il təxirə salınmaqla edam cəzasına məhkum edilib. 

Qeyd edilib ki, o, 26 il boş yerə həbsxanada qaldığı üçün təzminat iddiası ilə məhkəməyə müraciət edə bilər.

Anara Mikayılova

img
img
img

Xəbərlər şöbəsi

Gündəm