Çində qaz emalı zavodunda yanğın: Ölənlər var
03.11.2020 11:37 Dünya

Çində qaz emalı zavodunda yanğın: Ölənlər var

Çində dəhşətli hadisə baş verib.

"MediaPost" Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, ölkənin Quansi-Çjuan muxtar vilayətinin Beyhay şəhərində “PipeChina” şirkətinə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) zavodunda yanğın baş verib. Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 3 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb.

Hadisənin baş vermə səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Anara Mikail

Gündəm