Çində xaos yaşanır: İnsanlar yemək üçün bir-bir ilə mübarizə edir - VİDEO
23.01.2020 12:08 Cəmiyyət

Çində xaos yaşanır: İnsanlar yemək üçün bir-bir ilə mübarizə edir - VİDEO

Ötən gün Çin rəsmiləri Vuhan və yaxın əyalətlərə giriş-çıxışın bağlanması ilə bağlı mediaya açıqlama verib. Çin Nəqliyyat Nazirliyinin bu gün verdiyi bəyana görə, həmin ərazilərdə bütün ictimai nəqliyyatın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Qurum vətəndaşlara xüsusi səbəb olmadıqca evlərindən çıxmamalarını tapşırıb.

"MediaPost" xəbər verir ki, dünyadan təcrid edilməyə başlayan Çinin Vuhan əyalətində insanlar arasında təşviş başlayıb.

Əhali ölkəyə giriş-çıxışın bağlanmasından ehtiyatlandığı üçün ərzaq dükanlarına axın edib. Görüntülərdə insanların yemək uğrunda bir-biri ilə mübarizə etməsi əks olunub.

Yeni tip koronavirüs salgınının olduğu Çin'in Vuhan şehrinde toplu ulaşım durduruldu

Xatırladaq ki, indiyədək Çində yayılan koronavirusa 440 nəfər yoluxub, 9 nəfər həyatını itirib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm