Çindən Ankaraya təxliyyə edilən Azərbaycan vətəndaşları üçün karantin mərhələsi başlayıb
02.02.2020 12:44 Cəmiyyət

Çindən Ankaraya təxliyyə edilən Azərbaycan vətəndaşları üçün karantin mərhələsi başlayıb

APA-nın yerli bürosundan verilən xəbərə görə, Azərbaycan vətəndaşları Ankara Zəkai Tahir Burak Qadın Xəstəlikləri və Araşdırma Xəstəxanasında 14 gün müddətində karantin şəraitində saxlanacaq.

Beləliklə, 14 gün ərzində 3 gündən bir müayinə edilən həmin şəxslər üçün təkadamlıq otaqlar ayrılıb. Xəstəxanadakı tibbi heyət və hətta xəstəxananı mühafizə edənlər belə xüsusi geyim və maskalarla təmin olunub.

Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, səfirlik vətəndaşlarımızın vəziyyətini nəzarətdə saxlayır.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 21.12-də Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyarəsiAnkaradakıEtimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportunaenib. Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində “Koca Yusuf” sərnişinləri və təyyarədəki 20 heyət üzvü xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.

Çindən təxliyə olunanl şəxslərin heç birində koronavirus (2019-nCoV) ölümcül virus aşkarlanmayıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm