Çindən gələn daha bir nəfər KTM-ə yerləşdirilib - RƏSMİ
13.02.2020 06:22 Gündəm

Çindən gələn daha bir nəfər KTM-ə yerləşdirilib - RƏSMİ

"MediaPost"un məlumatına görə, fevral ayının 12-si saat 17:30-da yoluxucu xəstəliklər şöbəsinə 1 nəfər yerləşdirilib.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır: "Pekində təhsil alan tələbədir. Pekindən Abudabi şəhərinə, fevral ayının 12-si isə Abudabidən Bakıya gəlib. Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir".

Xəstəlik alovlanan ərazidən gələnlərin isə xüsusi ayrılmış tibb müəssisəsində saxlandığı bildirilir: "Onların bir hissəsi karantin müddətin bitdiyindən evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların sahhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir".

Xəbərlər departamenti

Gündəm