Çingiz Abdullayev: "Adımdan istifadə edib qızlarla tanış olurlar, sonra da..."
20.12.2019 12:12 Gündəm

Çingiz Abdullayev: "Adımdan istifadə edib qızlarla tanış olurlar, sonra da..."

Xalq yazıçısı Çingiz Abdullayev onun adından sosial mediada istifadə edənlər barədə danışıb.

Mediapost.az xəbər verir ki, ədib 60 illik yubileyi ilə bağlı təşkil olunan “Mavi Mələklər” adlı görüşdə bu barədə söhbət açıb.

O, sosial şəbəkələr arasında yalnız feysbuk platformasından istifadə etdiyini vurulayıb: “İnstaqram, teleqram, tvitterdə hesablarım yoxdur. Hamısı yalandır. Mənim adımdan cavan qızlarla tanış olurlar. Qızlar da daha sonra Azərbaycan Yazıçılar Birliyinə (AYB) gəlirlər. Deyirlər ki, getmişdim görüşə, yerinizə cavan oğlan gəlib, düşündüm ki, köməkçinizi göndərmisiz. Mən ölmüşəm ki, köməkçimi göndərim? Yalandır. Mən bircə feysbukda varam. Vəssalam”.

Xəbərlər departamenti

Gündəm