Çingiz Aytmatovun abidəsini hazırlayacaq heykəltəraş məlum olub
08.08.2023 14:37 Mədəniyyət

Çingiz Aytmatovun abidəsini hazırlayacaq heykəltəraş məlum olub

Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyənləşib.

Bu barədə "MediaPost"a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, müsabiqədə ölkəmizin heykəltəraşları tərəfindən 21 əsər təqdim olunub.

Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.

Qaliblərin siyahısı təqdim olunur:
1-ci yer
Natiq Əliyev

2-ci yer
Nurəli Şahbazov

3-cü yer
İlqar Ağaşov

Mediapost.az

Xəbərlər departamenti

Gündəm