Çingizin yeni klipi plagiat çıxdı - VİDEO
14.09.2020 10:30 Şou-biznes

Çingizin yeni klipi plagiat çıxdı - VİDEO

Müğənni Çingiz Mustafayevin bir neçə gün öncə təqdim etdiyi “Can can” adlı klipinin plagiat olduğu ortaya çıxıb.

“MediaPost”un məlumatına görə, ekran işinin ssenarisi iranlı müğənni Behnam Baninin “Fagat boro” klipindən götürülüb.

Ötən ilin iyulunda işıq üzü görən klipin 6 milyona yaxın baxış sayı var. Klipin rejissoru isə Sepehr Vidir. Ç.Mustafayevin “Can can”ını isə Emin Muradov ekranlaşdırıb. Mahnı 5 gündə yarım milyona yaxın baxış sayı toplayıb.

 

Pərviz Hüseyn

Gündəm