Çinin enerji şirkətləri dünyanın ən böyük bərpa olunan enerji layihələrindən birini qurmağı planlaşdırır
Çinin enerji şirkətləri ümumi gücü 11 giqavat (GW) olan dünyanın ən böyük bərpa olunan enerji layihələrindən birini qurmağı planlaşdırır. Şirkətlər layihəyə investisiya qoymaq haqqında müzakirələr aparıblar.
MediaPost xəbər verir ki, “China Longyuan Power Group Corporation” və “CHN Energy Investment Group” (CHN Energy) şirkətləri 11 GVt gücündə yeni enerji istehsalı bazası tikməyi təklif edən birgə müəssisə sazişi imzalayıb. Birgə müəssisənin kapitalı 417 milyon dollar (3 milyard Çin yuanı) təşkil edəcək ki, bunun da 51%-i və ya 213 milyon dollarına (1,53 milyard yuan) “Longyuan”, yerdə qalanına isə “CHN Energy” sahib olacaq. 11 GVt gücündə layihə təsdiqlənər və tikilərsə, o,dünyanın ən böyük bərpa olunan enerji istehsal edən obyektləri arasında olacaq.
Nəzərinizə çatdıraq ki, Çin bərpa olunan enerji xərcləri və təmiz enerji layihələri üçün əlavə güclər üzrə qlobal liderdir. Ölkə vaxtdan tez qeyri-qalıq yanacaq quraşdırılmış elektrik gücünə sahib olmaq məqsədinə artıq çatıb. Ölkənin enerji tutumunun 50,9%-i hazırda qeyri-qalıq yanacaq mənbələrindən əldə edilir. Beynəlxalq Enerji Agentliyi (IEA) bu ilin əvvəlində bildirib ki, Çin bərpa olunan enerji sahəsində lider mövqeyini möhkəmləndirir. IEA: “2024-cü ilə qədər Çinin qlobal miqyasda bütün yeni dəniz külək layihələrinin təxminən 70%-ni, eləcə də quruda küləyin 60%-dən çoxunu və günəş PV layihələrinin 50%-ni tədarük edəcəyi gözlənilir.”
Əzizə Həmidova