Con Kirbi: “Vaşinqton Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edə bilər”
22.11.2022 23:57 Gündəm Dünya Siyasət

Con Kirbi: “Vaşinqton Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edə bilər”

“Pilotsuz döyüş təyyarələrinin Rusiyaya təhvil verilməsi və İran hərbçilərinin Ukraynaya hücumlarda birbaşa iştirakı ilə əlaqədar Vaşinqton Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edə bilər”.

Mediapost xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz İranın Rusiyanın ukraynalıları öldürmək cəhdlərini birbaşa necə dəstəklədiyini gördük. Onlar (İranlılar - red.) ruslara günahsız ukraynalıları öldürməkdə və mülki infrastruktura hücum etməkdə kömək ediblər. Bu məqsədlə ABŞ regionda, onun hüdudlarından kənarda müttəfiqləri və tərəfdaşları ilə Tehran rejimini məsuliyyətə cəlb edilməsi üçün işlərini davam etdirəcək”, - Kirbi bildirib.

news department

Gündəm