Conson Trampla Ukraynanı müzakirə edib
26.05.2023 21:12 Dünya

Conson Trampla Ukraynanı müzakirə edib

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ-a səfəri zamanı keçmiş bu ölkənin sabiq prezidenti Donald Trampla görüşüb.

MediaPost xəbər verir ki, bu barədə "Sky News" agentliyi məlumat yayıb.

Consonun sözçüsü bildirib ki, Böyük Britaniyanın keçmiş baş naziri Trampla Ukraynanın Rusiya üzərində qələbəsinin “həyati zərurətini” müzakirə edib. 

Qeyd edək ki, Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etməyə hazırlaşan Respublikaçılar Partiyasının üzvləri arasında öncül namizəd kimi görünür.

Xəbərlər departamenti

Gündəm