COVID-19 insanların robotlarla əvəzlənməsini sürətləndirəcəkmi? - TƏHLİL
19.04.2020 21:13 Cəmiyyət

COVID-19 insanların robotlarla əvəzlənməsini sürətləndirəcəkmi? - TƏHLİL

Pandemiya dünyanı bürüyərkən bəşəriyyətin həyat tərzi üçün ayrı bir təhlükə olan robotların baş qaldırmasını insanların unutması başadüşülən görünə bilər.

Təhlilçilərin qeyd etdiyi kimi, robotlar getdikcə daha böyük miqyasda insanı onun iş yerində əvəzləyir, indiki koronavirus pandemiyası isə bu prosesi qat-qat sürətləndirir.

"İnsanlar adətən qarşılıqlı əlaqələrdə insan elementinin olmasını arzuladıqlarını söyləyirlər, amma COVID-19 bunu dəyişdirdi", - robotların yaxın onilliklərdə iqtisadiyyata necə inteqrasiya edəcəyindən yazan futurist Martin Ford deyir.

"(COVID-19) istehlakçı seçimini dəyişdirməyə və avtomatlaşdırma üçün yeni imkanlar açmağa qadirdir", - o qeyd edir.

"MediaPost"un "BBC"yə istinadən xəbərinə görə, böyük və kiçik şirkətlər sosial məsafənin gözlənilməsi tələbinə əməl etmək üçün robotlardan daha geniş istifadə etməyə başlayır və işə gələrək iş yerlərində fiziki olaraq çalışmalı olan işçilərinin sayını azaltmağa çalışır. Robotlardan işçilərin evdə yetirə bilmədiyi vəzifələri yerinə yetirmək üçün də istifadə olunur.

Amerikanın ən böyük pərakəndə satış şəbəkəsi "Walmart" öz döşəmələrini təmizləmək üçün üçün robotlardan istifadə edir.

Cənubi Koreyada robotlardan temperaturu ölçmək və əl təmizləyici dezinfeksiya geli paylamaq üçün istifadə olunur.

Səhiyyə ekspertlərinin fikrincə, bəzi hallarda sosial məsafə tutmaq tələbi və tədbirlərinin 2021-ci ilə qədər qüvvədə qalmasına ehtiyac ola bilər, bu halda iş yerlərində robotların tətbiqinə tələbat daha da arta bilər.

COVID-19 insanların robotlarla əvəzlənməsini sürətləndirəcəkmi? - TƏHLİL

COVID-19 pandemiyası başlayandan xəstəxanalarda təmizlik işləri görən "UVD-Robot"lara yüzlərlə yeni sifariş verilib.


Sanitariya və təmizləmə məhsulları sahəsində ixtisaslaşmış şirkətlər istehkçılar tərəfindən tələbatın artımıyla üzləşib.

Danimarkada ultrabənövşəyi işıq dezinfeksiyası robotlarının istehsalçısı olan "UVD Robots" şirkəti yüzlərlə maşınını Çin və Avropadakı xəstəxanalara göndərib.

Sifarişi müştəriyə çatdırma qaydası əsasında işləyən ərzaq dükanları və restoranların da bu texnologiyadan getdikcə daha geniş istifadə edirlrər.

Ekspertlərə görə, daha çox müəssisə yenidən açıldıqca bu texnologiyadan daha da geniş miqyasda, o cümlədən xəstəxanalarda və məktəblərdə istifadə ediləcəyini gözləmək olar.

"Müştərilər indi öz təhlükəsizliyi və işçilərin təhlükəsizliyi və sağlamlığı haqqında daha çox düşünürlər", - "Gələcəyin Müştərisi" adlı kitabın müəllifi Blake Morgan deyir: "Avtomatlaşdırmanın daha geniş tətbiqi onların hamısının sağlamlığını qoruya bilər və müştərilər bunu edən şirkətləri mükafatlandıracaqlar".

Amma hələ müəyyən məhdudiyyətlər də var. Blake Morgan qeyd edir ki, supermarketlərdə avtomatlaşdırılmış kassalar insanlar arasında təması azaltmalı olduğu halda, bəzən sistemin işləməməsi və ya sıradan çıxması səbəbindən müştərilər həmin maşınların əvəzinə insanın çalışdırdığı kassalardan istifadə etməyə üstünlük verirlər.

Sosial məsafə tələbinə əməl etmək

Sağlamlıqla bağlı tədbirlərin gücləndirildiyi və narahatlığın artdığına görə robotlardan daha geniş istifadə edilən daha bir sahə yemək xidmətləridir.

McDonald's və digər bu kimi hazır yemək şəbəkələri aşpaz və ofisiantların yerinə robotlardan istifadə etməyi planlaşdırır və bu məqsədlə həmin vəzifələrin öhdəsindən gələ bilən maşınların sınağına başlanıb.

"Amazon" və "Walmart" şirkətləri öz anbarlarında robotlardan uzun müddətdir ki istifadə edir və burada məqsəd - məhsuldarlığı artırmaqdır.

COVID-19 epidemiyası başlayandan sonra hər iki şirkət malların çeşidlənməsi, göndərilməsi və qablaşdırılması üçün robotlardan daha geniş istifadə etmək yollarını arayır.

COVID-19 insanların robotlarla əvəzlənməsini sürətləndirəcəkmi? - TƏHLİL

Amazon öz anbarlarında mallarla dolu rəfləri daşımaq üçün robotlardan istifadə edir


Bu, mövcud şəraitdə həmkarlarından sosial məsafənin gözlənilməsini təmin edə bilmədiklərini söyləyən anbar işçilərinin şikayətlərinin sayını azalda bilər. Ancaq texnologiya mütəxəssislərinin fikrincə, bu tendensiya son nəticədə, işçilərin bir qismini işdən kənarda qoyacaq.

Bir şirkət bir işçini robotla əvəz etmək üçün sərmayə qoyduqdan sonra həmin vəzifəyə bir daha işçi götürüləcəyi ehtimalı xeyli azalır. Robotları yaratmaq və müəssisələrə inteqrasiya etmək bahalı işdir, lakin işə düşdükdən sonra robotlar adətən insan işçilərindən şirkət üçün daha ucuz başa gəlir.

Futurist Martin Fordun fikrincə, COVID-19-dan sonrakı dünyada obotlardan istifadə bir sıra marketinq üstünlükləri də təmin edə edir.

"İnsanlar daha az işçisi və daha çox robotu olan bir yerə getməyi üstün tutacaqlar, çünki həmin maşınların ümumi riskləri aşağı sala biləcəyini hiss edirlər", - o izah edir.

İnsanlar qədər real olan süni intellekt

Bəs görəsən, bir insanın dərs və ya təlimat verməsi üçün lazım xidmət rolları haqqında nə demək olar?

Məktəb müəllimləri, idman məşqçiləri və maliyyə məsləhətçilərini əvəz edə biləcək süni intellektin inkişaf etdirilməsi işləri hazırda həyata keçirilməkdədir.

Böyük texnologiya şirkətləri süni intellektdən istifadəni genişləndirirlər. Həm "Facebook", həm də "Google" şirkətində moderatorlar evdən işləməyə başladıqdan, bəzi məzmunları görə bilmədiklərinə görə, yersiz və ya qaydaları pozan postların silinməsi vəzifəsi süni intellektə malik olan robotlara tapşırılıb.

Robot skeptikləri insanların bu işlərdə həmişə öndə olacaqlarını düşünür. Amma bu vəziyyət dəyişə bilər, çünki karantin rejimi insanları məsafədən işləmək variantına daha rahat baxmaq halına gətirib. Ekrandakı təlimatçı və ya məsləhətçinin isə gerçək bir şəxs olmasına ehtiyac yoxdur, sadəcə, süni intellektin real şəxs kimi düşünməsi və davranması gərəkdir.

Qlobal proqnozlar üzrə ixtisaslaşan "McKinsey" şirkətinin 2017-ci ildəki hesabatında ABŞ-da işçilərin üçdə birinin 2030-cu ilə qədər avtomatlaşdırma və robotlarla əvəzlənəcəyini proqnozlaşdırmışdı.

Lakin pandemiya kimi hadisənin həmin proqnozun bütün müddətlərini dəyişdirmək potensialı var və mütəxəssislər hesab edirlər ki, texnologiyanın dünyaya nə vaxt inteqrasiya ediləcəyi məsələsi, əslində, insanların nə vaxt buna qərar verəcəklərindən asılır.

Xəbərlər departamenti

Gündəm