COVID-19 qurbanlarının sayı 2.9 milyonu ötüb
Çinin Uhan şəhərində ortaya çıxan koronavirus pandemiyası nəticəsində həyatını itirənlərin sayı 2.901.600-ə çatıb.
“MediaPost” xəbər verir ki, virusa yoluxanların sayı isə 133,718,495-ə yüksəlib.
Qeyd edilib ki, virusa yoluxanlardan 107,839,091 nəfər sağalıb, 100.975 nəfərin vəziyyəti ağırdır.