Cümhuriyyət dövrünün dərslik kimi tədrisi vacibdir - Tarix üzrə araşdırmaçı
28.04.2020 14:22

Cümhuriyyət dövrünün dərslik kimi tədrisi vacibdir - Tarix üzrə araşdırmaçı

Bunu “MediaPost”a Cümhuriyyət dövrü haqqında danışarkən jurnalist, tarix üzrə araşdırmaçı Dilqəm Əhməd deyib.

O bildirib ki, bu gün üzləşdiyimiz Qarabağ və digər problemlərin kökü 100 il əvvələ aiddir. Ona görə bu dövrü öyrənməklə gənclər özlərində geopolitik təfəkkürü və siyasi proqnozlaşdırmanı inkişaf etdirə bilər:

“Azərbaycan tarixinin ən mühüm dövrünün ayrıca tədris edilməsi çox yaxşı olardı. Çünki Cümhuriyyət dövrü bilavasitə bugünkü dövlətimizin hüquqi əsasıdır və onun şagirdlərə və tələbələrə ayrıca tədris edilməsi vacibdir. Müsəlman Şərqində ilk parlamentli dövləti necə qurduq, hansı islahatlar aparıldı, qurucular kim idi, niyə süqut etdi və s. mövzuların geniş öyrədilməsi gərəklidir. Bu, həm də gənclərdə geopolitik təfəkkürün formalaşması, siyasi proqnozlaşdırma kimi qabiliyyətlərin də inkişafına təkan verə bilər. Üstəlik, unutmayaq ki, bu gün üzləşdiyimiz Qarabağ və s. problemlərin kökü 100 il öncəyə uzanır. Bu baxımdan Azərbaycanın son 100 illik tarixini dərk etmək üçün 1918-20 dönəmi ayrıca öyrənilməlidir”.

Xəbərlər departamenti

Gündəm