Dağıstanda futbol oyunu zamanı kütləvi dava baş verib - VİDEO
03.02.2020 15:40 Futbol

Dağıstanda futbol oyunu zamanı kütləvi dava baş verib - VİDEO

"Report"un məlumatına görə, toqquşma 37-ci dəqiqədə hesab 1:1 ikən yaşanıb. Həmin vaxt oyunçulardan biri rəqibindən topu onu itələyərək alıb. Bu isə qarşı tərəfin xoşuna gəlməyib. Nəticədə futbolçular arasında söz savaşı başlayıb. Daha sonra bu, toqquşmaya çevrilib.

Topu alan futbolçu rəqibinin sifətinə zərbə endirib. Hadisə yerinə oyunun digər iştirakçıları da özlərini çatdırıb. Bununla da meydanda kütləvi dava baş verib. Toqquşmaya hər iki komandanın ehtiyat futbolçuları da qoşulub.

Referi fitin köməyilə aranı sakitləşdirmək istəsə də, bunu bacarmayıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm