"Dağlıq Qarabağ hüquqi olaraq Azərbaycan ərazisidir" - Peskov
13.11.2020 11:34 Dünya Qarabağ Azərbaycandır

"Dağlıq Qarabağ hüquqi olaraq Azərbaycan ərazisidir" - Peskov

"Ermənistana yetərincə dəstək vermədiyi üçün Rusiyaya qarşı səsləndirilən ittihamlar qəbuledilməzdir".

"MediaPost" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.

"Qarabağ münaqişəsi zamanı Rusiyaya qarşı yersiz ittihamlar irəli sürüldü. Bunlar mənasızdır. Ermənistan ilə bağlı məsələdə KTMT öhdəliyimizi unutmamışdıq, lakin Rusiyanın Qarabağa ordu göndərmək hüququ yox idi. Ora hüquqi olaraq, Azərbaycan ərazisidir. Biz bölgəyə sülhməramlıları da yalnız münaqişə tərəflərinin razılığından sonra göndərə bildik", - deyə Peskov qeyd edib.

Anara Mikail

Gündəm