"Dağlıq Qarabağ məsələsində türk tərəfdaşlarımızla işləməyə davam edəcəyik" - Lavrov
04.11.2020 10:45 Dünya Qarabağ Azərbaycandır

"Dağlıq Qarabağ məsələsində türk tərəfdaşlarımızla işləməyə davam edəcəyik" - Lavrov

"Moskva və Ankara çevik və praqmatik bir yanaşma nümayiş etdirən, strateji bir baxışla bir-birilə qarşılıqlı əlaqə qura bilən yaxın tərəfdaşlardır".

"MediaPost" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə verdiyi müsahibədə bildirib.

Lavrov Dağlıq Qarabağ münaqişəsinin digər məsələlərdən fərqli olduğunu və problemin hərbi yolla həll edilməsini dəstəkləmədiklərini vurğulayıb:

"Daimi atəşkəs dərhal təmin olunmasa da, hərbi əməliyyatların dayandırılması, tərəflər arasında dialoqun əldə edilməsi və Bakı ilə İrəvanın danışıqlar masasına oturmaları üçün türk tərəfdaşlarımızla işləməyə davam edəcəyik".

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinə dair yeni formatın yaradılması ilə bağlı təklif haqqında danışan Lavrov, bu məsələnin Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə Moskvada baş tutan görüşlərdə müzakirə edildiyini söyləyib.

Nazir hərbi əməliyyatların dayandırılacağına ümid etdiyini qeyd edib.

Anara Mikail

Gündəm