Dağlıq Qarabağa 1103 sülhməramlı yerləşdirilib
13.11.2020 21:25 Qarabağ Azərbaycandır

Dağlıq Qarabağa 1103 sülhməramlı yerləşdirilib

Rusiyanın hərbi təyyarələri Dağlıq Qarabağa 1100-dən çox sülhməramlı və 168 texnika çatdırıblar.

"MediaPost"xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzəsində deyib.

"Sutkada Rusiya hərbi-nəqliyyat aviasiyasının 25 təyyarəsi ilə texnika və zəruri materialların daşınmasını davam etdiririk. Üç sutka ərzində 73 təyyarə reysi ilə 1103 hərbçi, 168 texnika çatdırılıb", - deyə Şoyqu bildirib.


 

Xəbərlər şöbəsi

Gündəm