Dağlıq Qarabağda iki erməni hərbçi naməlum şəraitdə güllələnib
24.01.2020 11:25 Qarabağ Azərbaycandır

Dağlıq Qarabağda iki erməni hərbçi naməlum şəraitdə güllələnib

APA-nın aysor.am-a istinadən verdiyi xəbərə görə, bu barədə qondarma rejimin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə naməlum şəraitdə baş verib.

Güllə yarası alan hərbçilər 2001-ci il təvəllüdlü Qenri-Ayk Simonoviç Zakaryan və 2000-ci il təvəllüdlü Armen Conikoviç Mesropyandır.

Qenri-Ayk Simonoviç Zakaryanın vəziyyəti ağır qiymətləndirilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm