Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Türkiyəyə səfərə gedib
18.11.2019 15:57 Qarabağ Azərbaycandır

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Türkiyəyə səfərə gedib

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması rəhbərliyinin Türkiyəyə səfəri başlayıb.

Mediapost..az xəbər verir ki, bunu icmanın sədri Tural Gəncəliyev bildirib.

O qeyd edib ki, uğurlu və məhsuldar Los-Anceles səfərindən sonra Qarabağ icması üzvləri artıq Ankaradadır: “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevlə birlik Türkiyənin ən tanınmış düşüncə mərkəzində ilk görüşümüzü keçirdik. Maraqlı görüş və tədbirlər irəlidədir. Qarabağ həqiqətlərini yaymaqda davam edəcəyik”.

Xəbərlər departamenti

Gündəm