Daha 11 seçki məntəqəsinin nəticələri ləğv edildi
23.02.2020 14:50 Daxili siyasət

Daha 11 seçki məntəqəsinin nəticələri ləğv edildi

"Report" xəbər verir ki, iclasda bildirilib ki, həmin dairə üzrə namizədlər Natiq Cəfərlinin və Elman Quliyevin müraciətində dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, araşdırmalar zamanı qeyd olunan hallar 8 seçki məntəqəsində öz təsdiqini tapıb. A.Muxtarova təklif edib ki, həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28, 29 və 31 saylı məntəqələrdə səsvermənin nəticəsi ləğv edilməlidir. Daha sonra çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntələrdə də qanun pozuntularının olduğunu qeyd edərək həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsini təklif edib. Hər iki təklif səsə qoyularaq qəbul edilib və həmin dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri ləğv edilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm