Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirildi
04.08.2020 17:46 Gündəm Cəmiyyət

Daha 260 Azərbaycan vətəndaşı Dağıstandan Vətənə gətirildi

Daha bir qrup Azərbaycan vətəndaşı Rusiya-Azərbaycan dövlət sərhədindən Vətənə gətirilib.

“MediaPost”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinin hal-hazırda Dərbənd şəhərində olan nümayəndəsi Ruslan Quliyev məlumat verib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən Dağıstan ərazisində qalan daha 260 vətəndaşımızın bu gün Rusiya-Azərbaycan quru sərhədindən keçərək vətənə gətirilməsi təmin olunub.

Xəbərlər şöbəsi

Gündəm