Daha 31 hərbçinin cəsədi Ermənistana təhvil verildi
27.01.2021 10:41 Qarabağ Azərbaycandır

Daha 31 hərbçinin cəsədi Ermənistana təhvil verildi

Azərbaycan tərəfi Füzuli bölgəsində daha 31 hərbçinin cəsədinin qalıqlarını Ermənistan tərəfinə təhvil verib.

“MediaPost” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

İlkin məlumatlara görə, təhvil verilənlər ehtiyatda olanlardır. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Xəbərlər departamenti

Gündəm