Daha 4 rayonun icra başçısı dəyişdirilib - SƏRƏNCAM
12.11.2019 10:14 Rəsmi

Daha 4 rayonun icra başçısı dəyişdirilib - SƏRƏNCAM

Mediapost.az-ın məlumatına görə, Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bundan əlavə, Prezident İlham Əliyevin sərəncamı ilə Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə həmçinin Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Habelə dövlət başçısı Rafiq Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, bundan öncə İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib


Xəbərlər departamenti

Gündəm