Daha 7 sahibkarın Rusiyaya pomidor ixracına icazə verildi
12.04.2021 18:22 Cəmiyyət

Daha 7 sahibkarın Rusiyaya pomidor ixracına icazə verildi

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") qərarı ilə aprelin 13-dən etibarən Azərbaycanın 7 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.

"MediaPost" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib.

İxraca icazə verilənlər “Botanik-2016” MMC, “Green world” MMC, “Alyan Agro”, “Abşeron kənd təsərrüfatı” MMC, eləcə də fərdi sahibkarlar Salmanzadə Elxan, Qasanov Müsbət, Qurbanov Vidadidir.

Xəbərlər şöbəsi

Gündəm