Daha bir marşrut xəttində ödəniş kartla olacaq
02.06.2021 13:35 İnfrastruktur

Daha bir marşrut xəttində ödəniş kartla olacaq

Müntəzəm marşrut xətləri üzrə avtobusların "BakıKart"a inteqrasiyası davam edir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "MediaPost"a verilən məlumata görə, 03.06.2021-ci il tarixindən 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - "Koroğlu" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd olunub ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Səfəvilər küçəsi 70;

Gülüstan küçəsi 47A

Sabunçu qəsəbəsi -Şəhər şosesi

Xəbərlər departamenti

Gündəm