Daha bir ölkənin Baş naziri karantinə getdi
Slovakiyanın Baş naziri İqor Matoviç koronavirusa yoluxmuş insanla ünsiyyət saxladığını bildikdən sonra karantinə gedib.
"MediaPost" xəbər verir ki, bu barədə Baş nazir özünün "Facebook" səhifəsində bildirib.
"Qaydalar hamı üçün eyni olmalıdır. Bir halda ki, mənim koronavirus testi müsbət çıxmış insanla əlaqədə olduğum məlum oldu, ev karantininə getməyim haqqında bildirirəm. Möhkəm dayanın!", - Matoviç sosial şəbəkədə yazıb.