Daha bir qazi intihar etdi
24.02.2021 00:37 Cəmiyyət

Daha bir qazi intihar etdi

Yardımlıda Vətən müharibəsi qazisi intihar edib.

"MediaPost" xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat paylaşıb.

"Bu gün Yardımlıda, evindən çıxıb, yaxınlıqdakı meşədə özünü asmış qazi qardaşımız, Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Qəliyev Fəridi atası Tofiq kişi  qardakı izi ilə gedib tapıb. Yenicə ailə qurmuşdu, heç bir ay olmaz. Döyüşlərin od-alovundan sağ-salamat qayıdanda el-oba pişvazına çıxmış, qəhrəmanını qarşılamış, atası qurban kəsmişdi. Niyəsini deyə bilmərik. Amma gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış. Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı. Allah rəhmət etsin, ata-anasına, ailəsinə səbr diləyirəm.Qalib ordunun əsgər və zabitlərini qoruyaq, onlara cəmiyyət olaraq diqqətimizi bir an belə, əsirgəməyək".

 

Xəbərlər şöbəsi

Gündəm