Daha bir sığorta şirkəti bağlanır
16.10.2020 16:44 Maliyyə

Daha bir sığorta şirkəti bağlanır

"Amrah Sığorta" ASC ləğv olunduğunu elan edir.

"MediaPost" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 21A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, daha əvvəl "Amrah Sığorta" ASC-nin İdarə Heyətinin sədri Emil Ağasıyev "MediaPost"a açıqlamasında şirkətin rebrendinq edəcəyini bildirmişdi.

Xatırladaq ki, sığorta şirkətinin qohum bankı "Amrah Bank"ın lisenziyası Mərkəzi Bank tərəfindən cari ilin aprel ayında ləğv edilmişdi.

Könül Vəliyeva

Gündəm