Daha bir sığorta şirkətinə lisenziya verildi
23.02.2021 13:40 Maliyyə

Daha bir sığorta şirkətinə lisenziya verildi

Azərbaycanda daha bir həyat sığorta şirkəti bazara daxil olub. 

 Mərkəzi Bankdan "MediaPost"a verilən məlumata görə, "Meqa Həyat Sığorta" şirkətinə fəaliyyət üçün lisenziya verilib. 

Bu lisenziya ilə “Meqa Həyat Sığorta” ASC 5 il müddətinə sığorta fəaliyyətini həyata keçirə biləcək. 

Qeyd edək ki, bu qərarla həyat sığorta fəaliyyəti göstərən şirkətlərin sayı 5-ə çatıb. 

Xatırladaq ki, "Meqa Həyat Sığorta" 2019-cu ildə yaradılıb və onun nizamnamə kapitalı 11 milyon manatdır.

Rahim Tarıverdiyev

Gündəm