Daha bir silahlı şəxs saxlanıldı
27.01.2021 10:27 Hadisə

Daha bir silahlı şəxs saxlanıldı

Samuxda qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "MediaPost"a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Poylu kənd sakini İsgəndər Məmmədovdan 32 kalibirli müvafiq sənədləri olmayan qoşa lüləli, istifadəyə yararlı tüfəng aşkar edərək götürüb.

Hazırda faktla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.

Əcəmi Əsədulla

Gündəm