Daha iki komanda Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıb
06.08.2020 21:49 İdman

Daha iki komanda Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıb

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində 2 oyun keçirilib.

“MediaPost”un məlumatına görə, "Sevilya" - "Roma" qarşılaşmasında İspaniya təmsilçisi 2:0 qələbə qazanıb. Oyunda qolları Serxio Regilon (22-ci dəqiqə) və Yussef En-Nesiri (44-cü dəqiqə) vurublar.

Digər qarşılaşma Almaniyanın "Bayer" klubu və Şotlandiyanın "Reyncers" klubu arasında baş tutub. Burada "Bayer" rəqib komanda üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu 51-ci dəqiqədə Musa Diabi vurub.

Beləliklə, "Bayer" və "Sevilya" UEFA Avropa Liqasının 1/4 finalına vəsiqə qazanıblar.

Xəbərlər şöbəsi

Gündəm