Azərbaycanda dövlət qurumlarının əməkdaşları məzuniyyətə göndərilir

  • 20 mart, 2020 19:19
Azərbaycanda dövlət qurumlarının əməkdaşları məzuniyyətə göndərilir

Baş Nazir Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

"MediaPost"un məlumatına görə, məktubda deyilir ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması üzrə Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktiki tədbirlər çərçivəsində dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci ilin mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilsinlər.

Qeyd edək ki, qərar əksər dövlət qurumlarına şamil edilsə də, səhiyyə və hüquq-mühafizə orqanlarına aid deyil.