MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib

  • 13 fevral, 2020 17:46
MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.

“Report” xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Suqmayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.

Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.

"MediaPost"