Dayısından Fatimənin ölümü ilə bağlı açıqlama: "Toyu buna görə tez ediblər"
30.01.2020 13:59 Gündəm

Dayısından Fatimənin ölümü ilə bağlı açıqlama: "Toyu buna görə tez ediblər"

"MediaPost"un lent.az-a istinadən məlumatına görə, 2018-ci ildə F.Qəmbərovada vərəm aşkar olunub. O, yerli dispanserdə qeydiyyatda olub. Lakin 2019-cu ilin oktyabr ayında Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutundan onun sağlam olması barədə valideynlərinlərinə arayış veriblər.

F.Qəmbərovanın dayısı Qəmbər Hüseynovun əməkdaşımıza bildirdiyinə görə, arayışdan sonra anası qızının ailə qurmasına razı olub. Nəticədə yanvarın 5-də Fatimənin toyu, ondan bir neçə gün sonra İmanın toyu olub.

Mərhumənin dayısı onu da əlavə edib ki, toyu tez etmələrinin səbəbi, evlərində 2 ağır xəstənin olmasıdır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm