Dekabrın 1-nə qədər bu rayonlara giriş-çıxışa qadağa qoyuldu
07.11.2020 00:23 Son xəbərlər

Dekabrın 1-nə qədər bu rayonlara giriş-çıxışa qadağa qoyuldu

Noyabrın 7-si saat 00.00-dan dekabrın 1-i saat 06.00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı,  İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxış dayandırılıb.

"MediaPost"  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Xəbərlər şöbəsi

Gündəm