Dənizdə əri tərəfindən öldürülən hamilə qadının görüntüləri - <span>VİDEO</span>
08.08.2020 13:42 Gündəm Kriminal

Dənizdə əri tərəfindən öldürülən hamilə qadının görüntüləri - VİDEO

Əri tərəfindən boğularaq öldürülən hamilə qadının görüntüləri lentə alınıb.

“MediaPost”un əldə etdiyi kadrlarda qeyd edilir ki, hadisəyə vaxtında müdaxilə edilməyib.

Xatırladaq ki, Sumqayıt şəhər prokurorluğuna avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Xəbərlər şöbəsi

Gündəm