Dənizə düşən şəxs xilas edildi
04.11.2020 22:18 Hadisə

Dənizə düşən şəxs xilas edildi

Dənizkənarı Milli Parkda 1 nəfər dənizə düşüb.

"MediaPost" FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər şöbəsi

Gündəm