Deputat AZAL-ı tənqid etdi: "Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz"
07.08.2020 11:25 Gündəm Cəmiyyət

Deputat AZAL-ı tənqid etdi: "Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz"

“Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz”. 

"MediaPost" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Razi Nurullayev deyib. 

“Hörmətli deputatlar, Azərbaycan xalqı, hətta xeyli deputatlar, digər tez-tez səfər edən kəsim nəyə görə gedib başqa ölkələrə Gürcüstandan uçmalıdır? Vətəndaşlarımız Azərbaycan dövlətinin, yəni Azərbaycan xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və s. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa, həyatı dəyişəcək? Həyatı dəyişənlər sizlərsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu, biabırçılıqdır. Siz pul qazanıb kreditlərinizi ödəməlisiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin!” - deyə deputat çıxışında qeyd edib. 

Məleykə Ağasoy

Gündəm